Qorxumuz yoxdu çəkinmirik. Çünki bizdə qeyrətliyik. Hakk vermirik hakk alırıq. Çünki biz hakimiyyətdəyik.

Ölkədə etiraza çıxan gənclərin nə istədiyin anlara bilmirik. Nolub nə məsələdi. Nəyiniz çatmır ay millət. Nə osun ki, rüşvət var. Nə olsun ki, təhsil sistemi yaxşı deyil hə nolsun? Nə olsun ki, maaşlarınız azdı. Nə olsun ki, çoxluq acından ölür. İndi neynəyə bilərik ki, sizin maşın almağa imkanınız çatmır. Durub özümüzü öıdürməliyik ki, sizin layihələr nazirlikdən keçmir. Bilmirsiz ki, bunun üçün ancaq tapşırılmaq lazımdı.  Eh bu gənclər kim sizi doldurur. Bu gic gic fikirləri ağlınıza soxur. Nə azadlıq nə demokratiya. Ölkədəki inkişaf bəs necə olsun hə? Bu çəkilən asfaltları görmürsüz? Biz olmasaydıq sizə asfalt çəkənn olardı? Ehhhh sizlərin bizim qədrimizi bilməyinizə çox var. Elə bilirsiz asandı Range Rover də gəzmək? Yox hardan biləsiz. Hardan biləsiz ki, hər gün yeni maşın almaqdan ötrü nə oyunlardan çıxırıq. Kefdəsizdə. Gəzirsiz metroda alIrsız ayda 200 azn pul nə dərd var nə sər. 200 manatında 100 manatı komunal xərclər 100 manatıda ailə dolandır. Fikrin ancaq ailəndə qalır bax əsl həyat oduda. Ehhhh sizdə inanırsız bu avropaya qərbə guya bərabər hüquqlu cəmiyyət olmağı yaxşıdır. İnanmayın. Qorxunuz olmasın dəstəyiniz olsun.

Böyük xalq günü adlandlrdığımız 11 Mart bizə göstərdiki həqiqətəndə nəinki böyük xalq dan. Hətta bu adın hallamasından qorxanlar var. Heç bilmədim kimə deyim nə deyim birdə gördüm ki, dostlarım yoxdu ətrafımda. Soruşanda niyə dedilər böyük xalqın kiçik nümayəndələrindən də qorxuruq sizdə bizə deyirsiz Böyük xalq. Günlər keçdi Böyük xalqımın kiçik bayramin təbrik etmək üçün cxdım şəhərə. Nələr gördüm nələr. Sən demə mənim xalqıma qırmızı geyinmək olmazmış. Sən demə mənim xalqım 11 martda 28 may stansiyasında düşə bilməzmiş. Sən demə mənim xalqım universitetdən çxb şəhərdə gəzə bilməzmiş. Buda sırf xalqımın evdə oturan hissəsinin rahatlığı üçün imiş. Nə deyim daha. Bir dostumla oturub dərdləşmək istədim. Dedi bu mitinqdi dedim yoxe sən nə danışırsan nə mitinq nə başqa şey. Azərbaycan polisididə həmişəki kimi qayğımıza qalır. Bu dəmdə birdə gördüm yaxınlaşdılar kömək elədilər arzumun reallaşmağına. Saolsunlar təxmini 2 il öncə dostlarımız Emin Milli ilə Adnan Hacızadə tutulanda məndə bir köynək geyinirdim ki, məndə xuliqanam. Heç demə onlar bunu bilirlərmiş və 11 mart məhkəmə qərarıyla arzumu reallaşdırdılar məndə artıq xuliqan oldum.

Əslində bloqumdakı ilk yazımı zibildən başlamağıma səbəb zibil kimi bir cəmiyyətdə zibillərin içində yaşamağa məcbur olmağımdandır. Nə qədər qaçsam, çəkinsəm mənə bulaşmaz desəm də bu zibillər ətrafımda var və bunlarla yaşamağa məhkum olmuşuq artıq. Qatardan çıxırsan zibil, maşına minirsən zibil. Məhləyə gəlirsən oda zibil. Zibilsiz olan bir tək üst başımız idi onuda zibilliklərin içində zibil kimi işləyib qazandığımız pulla aldığımızı nəzərə alsaq oda zibil.  Bəzən araşdırmaq istəyirəm bu zibillər hardan gəlib. Niyə belə iylənir. Axtarıram soruşuram axırda deyillər ki, balıq başdan iylənib. Zibillikdən onlarda bezib ama zibil kimi gələn puluda əldən vermək istəmirlər. Bir körpü tikilir zibil kimi pul gedir bəs zibillər hara gedir? Bax maraqlı olanda budur.
Zibil vedrədə gördüyümüz və ya qırağa tökülüb yerdə iy verən artıqlardı ya onu ora atan. Yoxsa ki, kifayət qədər zibil qabı qoymayan və buna şərait yaradan?